DÜNYA
Donald Tramp prezident postundakı fəaliyyətini “əla” qiymətləndirib
Bakı, 28 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ali dövlət postunda fəaliyyətini “5+”, ölkə vətəndaşları ilə ünsiyyət bacarığını isə yalnız “3”lə qiymətləndirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp Ağ evdə fəaliyyətinin ilk beş həftəsinin nəticələrini “Fox News” telekompaniyasına müsahibəsində şərh edib.
Jurnalistlərin prezident postunda gördüyü işlərin onun özü tərəfindən qiymətləndirilməsi xahişinə Tramp təvazökarlıqdan uzaq cavab verib: “5+”. Eyni zamanda, Prezident öz təşəbbüsü ilə vətəndaşlarla ünsiyyətə görə yalnız “3+” qiymətinə layiq olduğunu deyib. “Bizdə əla işləyən hökumət var, lakin bunu hələ ki, amerikalılara izah edə bilmirik”, - deyə Tramp əlavə edib.
O, ABŞ Konqresinin hər iki palatasının birgə iclasında “ölkənin vəziyyətinə dair” məruzə ilə çıxış etdikdən sonra vəziyyətin bir qədər düzələcəyinə ümid bəslədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]