DÜNYA


Donald Tramp yanvarın 11-də Nyu-Yorkda mətbuat konfransı keçirəcək

Bakı, 6 yanvar, AZƏRTAC

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp yanvarın 11-də seçkilərdə qələbəsindən sonra Nyu-Yorkda ilk böyük mətbuat konfransını keçirəcək. Bu barədə Tramp tərəfindən Ağ evin mətbuat katibi postuna irəli sürülmüş Şon Spayser ənənəvi brifinqdə məlumat verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Spayserin sözlərinə görə, Donald Tramp qarşıdakı mətbuat konfransında təkcə prezidentlik səlahiyyətləri müddətində öz biznesinin idarə edilməsindən necə kənarlaşacağına deyil, mövzuların geniş dairəsinə toxunmaq niyyətindədir. O, hədəfləri və prioritetləri barədə sualları cavablandırmağa hazırdır.

Xatırladaq ki, Donald Tramp ailə kompaniyası olan Trump Organization şirkətinin prezidenti və icraçı direktorudur. Kampaniyanın üç vitse-prezidenti postunu onun qızı İvanka, oğlanları Erik və Donald tutur. Tramp bir qədər əvvəl bəyan etmişdi ki, dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl biznesdən gedəcək və kompaniyasına rəhbərliyi uşaqlarına həvalə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.