DÜNYA


Donald Trampın 2016-cı il üçün maliyyə deklarasiyası dərc olunub

Bakı, 17 iyun, AZƏRTAC

ABŞ hökuməti nəzdində etika məsələləri üzrə büro iyunun 16-da dövlət başçısı Donald Trampın 2016-cı il üçün maliyyə deklarasiyasını dərc edib. 98 səhifəlik sənəd büronun saytında yerləşdirilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sənədə əsasən prezident 2016-cı ilin sentyabrında istifadəyə verilən Vaşinqtondakı oteldən 19,7 milyon dollar, həmçinin Florida ştatındakı “Mar-a-Laqo” kurortundan 37,2 milyon dollar gəlir götürüb. Trampın Nyu-Cersi ştatında yerləşən Bedminsterdəki qolf-klubunun gəliri isə 19,8 milyon dollar təşkil edib.

O, kitablarına görə 7 milyon dollar qonorar, ABŞ Kinoaktyorları Gildiyasından isə 84 min dollar təqaüd aldığını da bildirib. Sənəddə prezidentin investisiyaları, müxtəlif aktivləri, gəlirləri və pensiya hesabları əks olunub. Burada Trampın ümumilikdə 565 müxtəlif kompaniya və təşkilatdan 288 milyon dollar gəlir əldə etdiyi göstərilir. Lakin Amerika liderinin onları inauqurasiyadan bir gün öncə tərk etdiyi bildirilir.

Tramp deklarasiyada 2016-cı ilin yanvarından bu ilin bahar aylarına qədər ümumilikdə aktivlər üzrə 1,4 milyard dolları, gəlirlər üzrə isə 598 milyon dolları qeyd edib. Prezidentin borc öhdəlikləri təxminən 315 milyon dollar təşkil edir.

Qeyd edək ki, deklarasiyada xərclər nəzərə alınmır, yəni bu göstəricilər xalis gəliri əks etdirmir. Həmçinin burada vergi ödəmələri də göstərilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.