DÜNYA


Donald Тrамpın ABŞ prezidentliyinə namizədliyi təsdiq edilib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Respublikaçılar Partiyasından milyarder Donald Тrамpın ABŞ prezidentliyinə namizədliyi rəsmən təsdiqlənib. Klivlenddə (Ohayo ştatı) keçirilən partiya qurultayının nümayəndələri belə qərar qəbul ediblər.

AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, qurultayda səsvermə nümayəndələrin namizədliyi üzrə əlifba sırası ilə keçirilib. Qaydalara görə, partiyanın prezident postuna irəli sürülməsi üçün iş adamından sadə səs çoxluğu tələb olunurdu. O, səsvermə başlayandan az sonra lazım olan səsləri toplayıb.

Noyabrın 8-də keçiriləcək prezident seçkisində Donald Trampın rəqibi Demokratlar Partiyasından namizəd Hillari Klinton olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.