DÜNYA
Donald Trampın Fransaya ilk səfəri başlayıb
Bakı, 13 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın Fransaya ilk səfəri başlayıb. Dövlət başçısının təyyarəsi səhər saatlarında Parisin Orli hava limanına enib.
AZƏRTAC xəbər verir ki, BFM telekanalının məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron qonağı tarixi Əlillər Evində qarşılayacaq. ABŞ və Fransa prezidentlərinin Yelisey sarayında əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq. Axşam Trampın və xanımının şərəfinə Eyfel qülləsinin ikinci mərtəbəsində yerləşən “Jül Vern” restoranında nahar veriləcək.
Cümə günü isə Tramp Fransanın milli bayramı – Bastiliyanın alınması günü münasibətilə keçiriləcək hərbi paradda iştirak edəcək. ABŞ lideri bu təntənəli mərasimə Birləşmiş Ştatların I Dünya müharibəsinə qoşulmasının 100 illiyi ilə əlaqədar dəvət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]