DÜNYA


Donald Trampın inauqurasiya mərasiminə 90 milyon dollar vəsait toplanıb

A+ A

Bakı, 13 yanvar, AZƏRTAC

ABŞ-ın 45-ci prezidentinin inauqurasiya komitəsi Donald Trampın vəzifəyə keçməsinin qeyd edilməsinə ölkə tarixində rekord miqdarda - ən iri məbləğ toplayıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, fərdi ianələr hesabına mərasim üçün 90 milyon dollar vəsait yığılıb. İndiyə qədər Birləşmiş Ştatların heç bir prezidenti öz inauqurasiyası üçün bu qədər vəsait əldə edə bilməyib.

Postunu Trampa təhvil verəcək Barak Obama ilk inauqurasiyasına 55 milyon dollar, digərinə isə 43 milyon dollar yığmağa nail olmuşdu.

Trampın inauqurasiya komitəsinin sədri Tom Barrak yığılan rekord məbləğin daha miqyaslı tədbir keçirməyə imkan verdiyini, lakin gələcək prezidentin mərasimi “sirk atmosferində” keçirmək fikrində olmadığını qeyd edib.

Barak Obamanın inauqurasiya komitəsinin sədri Stiv Kerriqan isə öz növbəsində Tramp komandasının bu vəsaiti mərasimə necə xərcləyəcəyini təsəvvür etmədiyini bildirib.

Xatırladaq ki, ABŞ-ın prezidenti postu uğrunda keçirilən seçkilərdə qələbə qazanan Donald Tramp yanvarın 20-də rəsmən vəzifəsinin icrasına başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.