İDMAN


Donetskin “Şaxtyor” komandası cari Avropa Liqasında öz qapısından top buraxmamış yeganə futbol klubudur

A+ A

Kiyev, 21 oktyabr, AZƏRTAC

Donetskin “Şaxtyor” komandası qrup mərhələsinin üçüncü turunda Lvovda Belçikanın “Qent” komandasını darmadağın edib. AZƏRTAC Ukraynanın “Seqodnya” internet nəşrinə istinadla xəbər verir ki, qonaqların qapısına beş cavabsız qol vurulub.

Fonsekanın komandası bundan əvvəl “Konyaspor” (1:0) və “Braqa” (2:0) komandalarını da məyus edib.

Beləliklə, “şaxtaçılar” Avropa Liqası qrup mərhələsinin 48 iştirakçısı arasında birinci dövrəni öz qapısından heç bir qol buraxmadan başa vurmuş yeganə komandadır.

Doğrudur, cari Çempionlar Liqasında “İstanbulsport” “Şaxtyor”un qapısına bir top vurub, lakin bu hadisə pley-off raundunda qeydə alınıb.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.