CƏMİYYƏT
Donorlara süni qan köçürülməsi mümkün ola bilər
Bakı, 6 iyul, AZƏRTAC
Böyük Britaniyanın milli səhiyyə xidməti 2017-ci ildə donorluğu əvəz edəcək süni qan köçürülməsi sınaqlarına başlamaq niyyətindədir.
AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, süni qan doğuşdan sonra qalan gövdə hüceyrələrinin əsasında yaradılacaq.
Britaniya və ABŞ alimlərinin apardıqları eksperimental proqrama əsəsən, 20 könüllüdən 5 millilitrdən 10 millilitrdək süni qan alınması nəzərdə tutulur.
Əvvəllər belə eksperimentlər ABŞ-da aparılıb. Artıq 2013-ci ildə xəstələrin birindən süni qan alınıb. Hazırda böyük həcmdə süni qan hazırlanması problem olaraq qalır. Lakin alimlər növbəti iki il ərzində bu problemin həll olunacağına ümid edirlər.