İQTİSADİYYAT


Doqquz avtobus marşrutunda mövsümü dəyişiklik edilib

Bakı, 31 may, Elvin Camalov, AZƏRTAC

Yay mövsümü ilə bağlı bir sıra avtobus marşrutlarında dəyişiklik aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Məqsəd yay aylarında əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir.

Mövsümü xarakterli dəyişikliyə əsasən iyunun 1-dən 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə, 172 nömrəli marşrut xətti üzrə avtobuslar “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına qədər gedəcək.

Eyni zamanda, 173 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə, 179 nömrəli marşrut xətti ilə Süleyman Sani Axundov küçəsindən “Qızılqum” sanatoriyasına, 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına istiqamətləndiriləcək.

Habelə141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə, 108 və 134 nömrəli marşrut xətti üzrə “Görədil” və “Fatmayı” bağlarına, 210 nömrəli marşrut xətti üzrə isə “Türkan” bağlarına qədər hərəkət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.