CƏMİYYƏT
Doqquz ay ərzində respublika ərazisində 9691 yanğın hadisəsi baş verib
Bakı, 26 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayı ərzində baş vermiş yanğınların söndürülməsi üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 9691 çıxış edilib. Bunun 1800-ü çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 6101-i açıq sahələrdə, 38-i meşə və meşə talalarında, 289-u nəqliyyat vasitələrində, 1463-ü digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 82 nəfər xəsarət alıb. Yanğından həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 nəfər və ya 13 faiz az, xəsarət alanların sayı isə 25 nəfər və ya 44 faiz çoxdur.