İQTİSADİYYAT


Doqquz ayda Azərbaycanda 3,3 milyon tonadək neft emalı məhsulları istehlak olunub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Bu ilin ilk üç rübündə Azərbaycanda ümumilikdə 3 milyon 296,7 min ton neft emalı məhsulları istehlak edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-sentyabr aylarında ölkədə 932,2 min ton avtomobil benzini, 776,9 min ton dizel yanacağı, 825,8 min ton mazut, 134,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 236,3 min ton aviasiya üçün və sair ağ neft, 137,8 min ton neft bitumu, 102,4 min ton maye qaz, 32,6 min ton sürtgü yağları və 117,9 min ton digər neft məhsulları istehlak olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.