İQTİSADİYYAT


Doqquz ayda Azərbaycandakı magistral neft kəmərləri ilə 33,5 milyon tonadək neft nəql olunub

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 33 milyon 482,1 min ton neft nəql olunub. Nəqletmənin 77,3 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 25 milyon 895,1 min ton neft ötürülüb. Doqquz ayda BTC ilə 3,5 milyon ton tranzit neft də nəql edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.