İQTİSADİYYAT
Doqquz ayda BTC kəməri ilə ümumilikdə 26,4 milyon ton xam neft ixrac olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Bu ilin ilk doqquz ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Türkmənistan və Qazaxıstana məxsus təqribən 26,4 milyon ton xam neft ixrac olunub. Həmin neft Ceyhan limanında 276 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
“bp-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir. 2006-cı ilin iyunundan BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2 milyard 30 milyon barrel xam neft Ceyhan limanında 2 min 665 tankerə yüklənərək yola salınıb.
2014-cü il ərzində BTC kəməri üzrə əməliyyat xərclərinin 230 milyon dollar, əsaslı xərclərinin isə 119 milyon dollar olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]