İQTİSADİYYAT
Doqquz ayda Səngəçal terminalından 219 milyon barreldən çox neft və kondensat ixrac edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Səngəçal terminalı 219 milyon barreldən çox neft və kondensat, o cümlədən 194 milyon barreldən çox Bakı-Tbilisi-Ceyhanla (BTC), təxminən 23 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 2 milyon barrel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,1 milyon standart kubmetr (1 milyard 27 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]