İQTİSADİYYAT


Doqquz ayda sahələrdən 2 milyon 800 min tondan çox taxıl məhsulu yığılıb

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Tarlalarda dənli və dənli paxlalıların yığımı əsasən başa çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-i vəziyyətinə əsasən dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8 faizi, yaxud 959,6 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 836,3 min ton taxıl məhsulu götürülüb. Hər hektardan orta hesabla 29,6 sentner məhsul yığılıb.

Bundan başqa, yığılacaq dən üçün qarğıdalı sahəsinin 82,2 faizindən, yaxud 29,6 min hektarından 174,5 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 59,0 sentner qarğıdalı dəni götürülüb.

Qarğıdalı dəni nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 2,0 faiz və yaxud 60,1 min ton artaraq 3 milyon 10,8 min tona çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.