İQTİSADİYYAT


Doqquz ayda vergi orqanlarına 67 min 255 müraciət daxil olub

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayı ərzində vergi orqanlarına 67 min 255 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azdır. Onlardan 96,3 faizi ərizə, 3,5 faizi şikayət, 0,2 faizi təklifdir.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətlərin 47,1 faizi müxtəlif arayışların alınması, 23,0 faizi kameral vergi yoxlamaları, 7,5 faizi vergi borcları, 2,1 faizi vergidən yayınma və dividendlərin verilməsi, 1,9 faizi səyyar vergi yoxlamaları, 1,4 faizi vergi qanunvericiliyinin tətbiqi, 1,4 faizi əlavə dəyər vergisi, 0,9 faizi nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,8 faizi qəbulla bağlı, 0,5 faizi vergi cinayətləri ilə bağlı, 0,5 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,4 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2 faizi korrupsiya hüquqpozmaları, 0,2 faizi operativ vergi nəzarət tədbirləri ilə bağlı, 11,7 faizi digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 73,3 faizi müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz azalıb.

Bu müddətdə vergi orqanları tərəfindən ümumilikdə 3128 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.