İQTİSADİYYAT


Doqquz bankın əmanətçilərinə 218 milyon manatdan artıq kompensasiya ödənilib

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

Avqustun 25-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 20 milyon 699 min manat, "Zaminbank" əmanətçilərinə 36 milyon 513 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 9 milyon 946 min manat, "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 473 min manatdan artıq kompensasiya ödənilib. Dörd bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 69 milyon 631 min manatdan artıqdır.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, həmin gün "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 3 milyon 138 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 883 min manat ödənilib ki, bu da iki bank üzrə ümumilikdə 4 milyon manatdan artıq kompensasiya deməkdir.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min manat, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 504 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın məbləği 144 milyon 451 min manatdan çoxdur.

Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.