İQTİSADİYYAT


Doqquz bankın qorunan əmanətçilərinə 226 milyon 43 min manatdan artıq kompensasiya ödənilib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 21 milyon 181 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 37 milyon 112 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 11 milyon 948 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 72 milyon 902 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 8 milyon 581 min manatdan artıq kompensasiya ödənilib ki, bunun 7 milyon 350 min manatı "Atrabank"ın, 1 milyon 231 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşüb.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 895 min 554 manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 604 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 560 min manatdan çoxdur.

Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 226 milyon 43 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.