SİYASƏT


Doqquz saylı Binəqədi ikinci seçki dairəsinin məntəqələrində səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Doqquz saylı Binəqədi ikinci seçki dairəsində Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində (referendum) səsverməyə gələn vətəndaşlar öz iradələrini sərbəst surətdə ifadə edirlər.Məntəqələrdə vətəndaşların sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb.

Dairə Seçki Komissiyasının sədri Həsən Bayramov AZƏRTAC-a bildirib ki, səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq məntəqələr açılıb və fəaliyyətə başlayıb. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak edib.

Qeydiyyata alınmış 48 min 799 seçicinin 898 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Dairədə yaşı 80-100 olan 638 seçici var. Məntəqələr bütün zəruri avadanlıqla təmin edilib, səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairənin 2,5,8,9,11,12,13,15,19,24 saylı seçki məntəqələrində veb-kamera işləyir. Seçki gününə 5 gün qalmış Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında əyani və texniki vəsaitlərlə təmin edilən 1 seçki məntəqəsi yaradılıb. Həmçinin əksər məntəqələrdə panduslar quraşdırılıb.

Səhər saatları olmasına baxmayaraq fəallıq müşahidə olunur. Məntəqələrdə səsvermənin bütün prosedurlarına riayət olunur. İndiyədək dairəyə hər hansı qanun pozuntusu ilə əlaqədar müraciət daxil olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.