ELM VƏ TƏHSİL


Doqquzuncu sinif üzrə buraxılış imtahanının birinci mərhələsinin cavabları açıqlanıb

Bakı, 4 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının birinci mərhələsində istifadə olunan “sual kitabçaları”nı, həmçinin “cavab vərəqi” nümunəsini, “qiymətləndirmə meyarları”nı və qapalıtipli test tapşırıqları üzrə etalon cavabları DİM-in saytında yerləşdirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan keçidlərdən istifadə etməklə martın 5-də keçirilən buraxılış imtahanının birinci mərhələsinin (Azərbaycan və rus bölmələri, A, B, C, D variantları) “sual kitabçaları”, “cavab vərəqi” nümunəsi, açıqtipli tapşırıqlar üzrə “qiymətləndirmə meyarları” və qapalıtipli test tapşırıqları üzrə “etalon cavablar” ilə tanış olmaq mümkündür.

Ümumi orta təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi mart və aprel aylarında keçirilib. İmtahanın birinci mərhələsinin nəticələri mayın sonlarından etibarən mərhələlərlə elan edilib. Hər bir imtahan iştirakçısı DİM-in saytında özünə aid olan səhifədə imtahan nəticələri, “cavab vərəqi”nin ön və arxa üzünün qrafik təsviri, həmçinin açıqtipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilər.

Qeyd edək ki, birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən on açıq və on qapalıtipli, riyaziyyat fənnindən on açıqtipli olmaqla ümumilikdə otuz test tapşırığı təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.