İQTİSADİYYAT
Dörd ay ərzində SOCAR 282 min tonadək dizel yanacağı ixrac edib
Bakı, 3 may, AZƏRTAC
SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi aprel ayında 62 min 518 ton dizel yanacağı, 14 min 898 ton təyyarə yanacağı, 57 ton soba mazutu, 8 min 73 ton yüksək təzyiqli polietilen, 1881 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 570 ton maye piroliz qətranı, 3 min 482 ton propilen və 2 min 377 ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-aprel aylarında isə 281 min 931 ton dizel yanacağı, 89 min 620 ton təyyarə yanacağı, 176 ton soba mazutu, 32 min 841 yüksək təzyiqli polietilen, 5 min 86 ton mütləqləşdirilmiş izopropil spirti, 21 min 654 ton maye piroliz qətranı, 15 min 693 ton propilen və 3 min 719 ton butilen butadien fraksiyası ixrac olunub.
Apreldə dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 466,86 dollar, təyyarə yanacağının qiyməti 378,46 dollar, dizel yanacağının qiyməti 353,77 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 179,17 dollar, yüksək təzyiqli polietilenin qiyməti 1215 dollar, butilen butadien fraksiyasının qiyməti 422,74 dollar, propilenin qiyməti 620 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 693,75 avro təşkil edib.