İQTİSADİYYAT


Dörd ayda Azərbaycandakı magistral qaz kəmərləri ilə 8 milyard kubmetr qaz nəql olunub

Bakı, 17 may, AZƏRTAC

Bu ilin ilk dörd ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 8 milyard 36,2 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-aprel aylarında qaz nəqlinin 31,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə həyata keçirilib və bu kəmərlə 2 milyard 554,6 milyon kubmetr qaz ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.