İQTİSADİYYAT
Dörd ayda Ceyhan limanından 8 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb
Bakı, 3 may, AZƏRTAC
Cari ilin aprelində 2 milyon 85 min 526 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 467 min 117 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 8 milyon 39 min 435 ton olub.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara veriləndən bu il mayın 1-dək Ceyhan limanından 327 milyon 874 min 34 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]