İQTİSADİYYAT
Dörd ayda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 52,6 faiz artıb
Bakı, 27 may, AZƏRTAC
Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-aprel ayında daşınmış yüklərin həcmi 2528,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,6 faiz artıb. Yüklərin 48,4 faizini neft yükləri təşkil edib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 3517,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 3366,2 min tonunu və ya 95,7 faizini tranzit yüklər təşkil edib. 2017-ci il may ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 94,4 min ton idxal yükləri olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artaraq 6,2 min nəfər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]