İDMAN
Dörd azərbaycanlı şahmatçı Batumidə şahmat festivalında iştirak edir
Bakı, 5 iyul, AZƏRTAC
Batumidə Şəhər Bələdiyyəsi Kuboku Beynəlxalq Şahmat Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, “A” turnirində 43 şahmatçı, o cümlədən doqquz qrossmeyster iştirak edir. Azərbaycan idmanının şərəfini FIDE ustası Maqomed Muradlı, Murad Nuri, Xanım Balacayeva və ustalığa namizəd Kənan Qarayev qoruyur.
Dörd turdan sonra hərəyə 3,5 xal toplayan üç şahmatçı liderlik edir, dörd şahmatçı isə onlardan O,5 xal geri qalır. Azərbaycan təmsilçisi Maqomed Muradlının 2,5 xalı, Murad Nurinin 2 xalı, Xanım Balacayeva və Kənan Qarayevin aktivində isə hərəyə 1 xal var.
Şəhər Bələdiyyəsi Kuboku Beynəlxalq Festivalı İsveçrə sistemi üzrə 9 turda keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]