DÜNYA


Dörd ərəb dövləti Qətərə verilən ultimatumun  müddətini 48 saat uzadıb

Əbu-Dabi, 3 iyul, AZƏRTAC

Ərəb ölkələri KİV-lərinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Küveytin təklifini qəbul edərək iyunun 22-də Qətərə qarşı irəli sürülmüş ultimatumun müddətinin 48 saat uzadılmasına dair razılığa gəliblər.

Bundan əvvəl Küveyt hökuməti bu dörd dövləti Qətərə ultimatuma cavab vermək üçün əlavə 48 saat verməyə çağırıb və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Al Təni ərəb ölkələrinin tələbinə bazar ertəsi cavab vermək niyyətində idi.

Xatırladaq ki, iyunun 5-də dörd dövlət Qətəri onların daxili işinə qarışmaqda və terrorizmi dəstəkləməkdə ittiham edərək onunla diplomatik əlaqəni kəsiblər. İyunun 22-də bu dövlətlər münasibətlərin normallaşdırılması üçün 13 maddəlik tələb siyahısını Küveyt vasitəsilə Dohaya təqdim edib.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.