DÜNYA
Dörd ərəb dövləti Qətəri 2013-2014-cü illərdə bağlanmış sazişləri yerinə yetirməməkdə ittiham edib
Abu-Dabi, 11 iyul, AZƏRTAC
Qətərlə diplomatik əlaqələri kəsmiş dörd ərəb dövləti hesab edir ki, “CNN” telekanalının yaydığı sənədlər Dohanın Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini inandırıcı şəkildə təsdiq edir. Bu barədə məlumat Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin birgə bəyanatında yer alıb.
Bundan əvvəl “CNN” telekanalı böhrandan çıxmaq üçün Fars Körfəzi ölkələrinin liderləri arasında 2013-2014-cü illərdə bağlanmış məxfi sənədlərin surətini dərc edib. Bu sənədlər Qətərin öz öhdəliklərini yerinə yetirməkdən yayındığını təsdiqləyir. Dörd ərəb dövləti vurğulayır ki, Qətərə təqdim edilmiş bütün 13 tələbin əsasında Ər-Riyad sazişi dayanır. Beləliklə, dördlüyün fikrincə, bundan əvvəl Dohanın rədd etdiyi tələblər siyahısı “bağlanmış müqavilələrin ruhuna tamamilə uyğun gəlir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi