İDMAN


Dörd ölkənin atletləri Bakıda xatirə turnirində mübarizə aparıblar

Bakı, 9 iyun, Həsrət Mahmudova, AZƏRTAC

İyunun 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Əfqan Səfərovun xatirəsinə həsr olunan beynəlxalq atletika turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan ilə yanaşı, Gürcüstan, Bəhreyn və İran idmançıları birincilik uğrunda mübarizə aparıblar.

Turnirin açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirən Ç.Hüseynzadə deyib: “Ötən ay ölkəmiz növbəti dəfə irimiqyaslı yarışa yüksək səviyyədə ev sahibliyi etdi. IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən artıq idmançı birincilik uğrunda mübarizə apardı. Sevindirici haldır ki, atletlərimiz yarışda uğurla çıxış edərək xalqımızı sevindirdilər”.

Yarış iştirakçılarına uğurlar arzulayan Ç.Hüseynzadə turniri açıq elan edib.

Final xarakteri daşıyan turnirdə atletlər müxtəlif məsafələrə qaçış, tullanma, nizəatma və nüvəitələmə yarışlarında güclərini sınayıblar.

Sonda qaliblər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.