REGİONLAR


Dörd regional mərkəzdə polis çoxnövçülüyü yarışı keçirilib

Bakı, 12 may, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar daxili işlər orqanları əməkdaşları arasında polis çoxnövçülüyü üzrə yarışın keçirilməsi son illərin ən gözəl ənənələrindən birinə çevrilib. Bu günlərdə dörd regional mərkəzdə keçirilən yarışlarda ölkənin bütün ərazi polis orqanları və nizami hissələrinin idmançı əməkdaşları təmsil olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə turnir iştirakçıları yarışların təşkil olunduğu bölgələrdə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Ümummilli Liderin adını daşıyan muzeylərə gedib, müstəqil dövlətimizin xilaskarının zəngin həyat yolu ilə tanış olublar.

Yarışlar 17 ətraf rayonun təmsilçilərinin iştirakı ilə mayın 1-də və 2-də Mingəçevirdə, 3-4-də Gəncədə, 5-6-da Şirvanda, 7-8-də 12 rayonun idmançı polis əməkdaşlarının iştirakı ilə Sumqayıtda keçirilib.

Yarış iştirakçıları gimnastik hərəkətlərin yerinə yetirilməsi, 100 və 1000 metr məsafələrə qaçış üzrə güc, dözüm və cəldliklərini sınayıblar. Gimnastik hərəkətlərin yerinə yetirilməsində Məsim Eyvazov (Qəbələ Rayon Polis Şöbəsi), Nadim Tağıyev (Kəlbəcər Rayon Polis Şöbəsi), Samir Məhərrəmov (Biləsuvar Rayon Polis Şöbəsi) və Valeh Samullayev (Sumqayıt Şəhər Polis İdarəsi) qalib gəliblər. 100 metr məsafəyə qaçışda Eşqin Şəmiyev (Yevlax Rayon Polis Şöbəsi), Pünhan Abdullayev (Tovuz Rayon Polis Şöbəsi), Murad Gözəlov (İmişli Rayon Polis Şöbəsi), Alim Sevindikzadə (Sumqayıt Şəhər Polis İdarəsi) finişə hamıdan tez çatıblar. Yarışın proqramına daxil olan sonuncu hərəkətdə - 1000 metr məsafəyə qaçışda isə Rövşən İsmayılov (Mingəçevir Şəhər Polis Şöbəsi), Vüsal Qurbanov (Daşkəsən Rayon Polis Şöbəsi), Elgün Bağırov (Beyləqan Rayon Polis Şöbəsi) və Nəbi Ramazanov (Qusar Rayon Polis Şöbəsi) fərqləniblər.

Yarışları DİN İdman Cəmiyyətinin əməkdaşları Əməkdar Məşqçi, polis polkovnik-leytenantı Mülayim Xıdırov və polis polkovnik-leytenantı Seymur Qurbanbəyov idarə ediblər.

Qaliblərə fəxri fərman, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.