CƏMİYYƏT
Dördüncü Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı keçiriləcək
Oktyabr ayının 24-25-də Qarabağ bölgəsində Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan və Xocalıdan olan həkimlərin iştirakı ilə 4-cü Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı keçiriləcək.
Tədbir Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastroenteroloji Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə baş tutacaq. Konfransda Qarabağ bölgəsinin həkimləri qastroentoloji, ağciyər, böyrək xəstəlikləri və səhiyyənin digər aktual məsələləri ilə bağlı Türkiyədən gəlmiş mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Tədbir, həmçinin respublikamızın sürətli inkişafını, bölgələrdə aparılan abadlıq-quruculuq işlərini, Qarabağ bölgəsinin tarixini və adət-ənənələrini tanıtmaq məqsədi də daşıyır.