İDMAN


Dördüncü İslam Həmrəylik Oyunlarına səkkiz min könüllü cəlb olunacaq

Bakı, 5 dekabr, AZƏRTAC

Gələn il mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarına cəlb olunacaq könüllülərin seçim prosesi davam edir.

AZƏRTAC xəbər verir ki, IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru, “Bakı-2017”nin könüllülər üzrə səfiri Elçin Səfərov dekabrın 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındakı Könüllülər Mərkəzində yaradılan şərait və seçim prosesi ilə tanış olub.

“Bakı-2017”nin oktyabrın 17-də start verilən könüllülük proqramına qeydiyyat mərhələsi davam edir. Fevraladək davam edəcək qeydiyyat prosesindən uğurla keçən 8 min könüllü əlamətdar idman tədbirinin bir hissəsi olacaq. Hazırda qeydiyyatdan keçən 10 min könüllüdən 3 mini müsabiqədə iştirak edib. Könüllülər mərkəzində gənclərin ingilis dilində rahat ünsiyyət qurma bacarığını inkişaf etdirmək məqsədilə ödənişsiz kurslar fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.