ELM VƏ TƏHSİL


Dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir” mövzusunda mühazirə təşkil edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilən mühazirəni fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla aparıb.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, mühazirə zamanı IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin dünyada tanınması istiqamətində mühüm rolu, əhəmiyyəti vurğulanıb. H.Abdulla Oyunların təşkilində Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın xidmətləri, tədbirin açılış mərasiminin və yarışların yüksək səviyyədə təşkili barədə məlumat verib.

Açıq diskussiya şəklində davam edən mühazirə zamanı tələbələrin çoxlu sayda sualları cavablandırılıb. Onlar respublikamızda genişlənməkdə olan idman, könüllülük hərəkatında fəal iştirak etmək arzularını bildiriblər.

Filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova Bilik Fondunun reallaşdırdığı layihələrin xalqımızın maarifləndirməsinə mühüm töhfələr verdiyini, bu cür tədbirlərin davam edəcəyinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.