MƏDƏNİYYƏT
“Dördüncü möhür” kitabının təqdimatı keçiriləcək
Bakı, 30 aprel, AZƏRTAC
Mayın 2-də Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı-tərcüməçi Kamran Nəzirlinin "Dördüncü möhür” kitabının təqdimatı keçiriləcək.
AYB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yazıçının “Mütərcim” nəşriyyatında çapdan çıxmış yeni kitabında ilk iri həcmli əsəri dərc edilib.
Maraqlı süjet xətti olan bədii-fəlsəfi-psixoloji məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və sənədlərdən də istifadə edib. Romanın əsas qəhrəmanı Banu iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızıdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür.
Əsasən hekayələr yazan müəllifin bu romanı 464 səhifə, 33 fəsildən ibarətdir.