CƏMİYYƏT
Dördüncü qan qrupuna aid olan insanlar daha tez-tez demensiyadan əziyyət çəkirlər
ABŞ-ın Vermont Universitetinin mütəxəssisləri tərifindən əldə edilmiş son məlumatlara əsasən, dördüncü qan qrupuna aid olan insanlarda düşünmə və yaddaşla daha tez-tez problemlər yaşanır və bu fakt qocalıq ağıl zəifliyi (demensiya) riskini 82 faiz artırır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər 30 min adamın iştirakı ilə tədqiqat aparıblar. Həkimlər 495 nəfərdə düşünmə və yaddaş problemləri aşkar ediblər. Həmin qrupun göstəriciləri ilə yaddaşı normada olan nəzarət qrupundakı insanlar arasında müqayisə aparılıb. Məlum olub ki, birinci qrupa daxil olanların 6 faizi dördüncü qan qrupuna aid olan insanlardır.
Alimlər bu istiqamətdə araşdırmaları davam etdirməyi və aşkara çıxarılmış faktları ətraflı öyrənməyi planlaşdırırlar.
Qeyd edək ki, əldə olunmuş məlumatlar və ağıl zəifliyi ilə qan qrupunun əlaqəsi olduqca şərtidir. Tədqiqatda 500 nəfərin iştirakı tam və obyektiv nəticə verə bilməz.