MƏDƏNİYYƏT
“Dostluq körpüsü” adlı folklor rəqs festivalı davam edir
Bakı, 13 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtımızda “Dostluq körpüsü” adlı II beynəlxalq folklor-rəqs festivalı davam edir. Tədbirin məqsədi uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.
İdarədən AZƏRTAC-a bildirilib ki, festivala ölkəmizlə yanaşı, Rusiya, İran, İsrail, Moldova, Latviya və Gürcüstandan olmaqla 400-dən çox rəqqas qatılıb.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən festival iştirakçıları üçün ekskursiyalar təşkil edilib. Qonaqlar “Yanardağ”, İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Azərbaycan Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Festivalın bağlanış mərasimi Mərdəkan Mədəniyyət Sarayında olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]