Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Döşündə deputat nişanı olan turistin təkbaşına səyahəti

Döşündə deputat nişanı olan turistin təkbaşına səyahəti Bakı, 2 sentyabr (AZƏRTAC). Ermənistanda tufan baş verib. Amma bu, adi tufan deyil ... stəkanda törədilmiş tufandır. Yerli KİV-lər ilk baxışda “sensasiya” hesab ediləcək bir xəbər yayıblar – Litva parlamentinin üzvü Daliya Kuodite başda olmaqla Litva Seyminin deputatlarından ibarət qondarma “Litva-Arsax dostluq qrupu”nun “nümayəndə heyəti” (!) Ermənistana gəlib.

Erməni KİV-ləri raport verirlər ki, “nümayəndə heyəti”ni Ermənistan Milli Məclisinin vitse-spikeri, bizim dəfələrlə yıxıb sürüdüyümüz Eduard Şarmazanov qəbul edib. O, görüş zamanı “incə şəkildə” qeyd edib ki, “Litva-Dağlıq Qarabağ dostluq qrupu”nun yaradılması “Dağlıq Qarabağ Respublikasının faktiki müstəqilliyinə dəlalət edir” (bax: http://news.am/rus/news/226373.html) – nə çox, nə də az. Bundan əlavə, Ermənistan KİV-ləri həmin “nümayəndə heyəti”nin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna getməsindən məmnun olduqlarını gizlədə bilməyiblər.

Ermənistan mətbuatında Dağlıq Qarabağ haqqında xəbərlərin, demək olar ki, heç birinin yalansız olmadığına adət etdiyimizə görə, özümüz blits-təhqiqat aparmağı qərara aldıq və bu araşdırmanın nəticələri, həmişəki kimi gözlənilən oldu.

Əvvələn, “Litva-Arsax” deputat qrupunun heç bir “nümayəndə heyəti” olmayıb. Bu Baltikyanı ölkədən Ermənistana və Azərbaycanın işğal edilmiş ərazilərinə cəmi üç nəfər gedib, onlardan yalnız Daliya Kuodite Litva Seyminin üzvüdür. Qalan iki turistdən biri 2012-ci ilin sentyabr ayında yaradılmış “Litva-Ermənistan” Forumunun əlaqələndiricisi Armen Ayrapetyan, digəri - qalmaqalları ilə ad çıxarmış litvalı jurnalist Rimvidas Valatka idi. Onun barəsində bir qədər aşağıda söhbət açacağıq. Vəssalam, “Parlament nümayəndə heyəti” dedikləri qrup bundan ibarətdir.

Biz aydınlaşdıra bildik ki, əvvəlcə Daliya “qrup” üzrə həmkarlarından ikisini ona kompaniya təşkil etməyə razı sala bilib, lakin Seymin sədri xanım Loreta Qraujinene deputatların icazəsiz səfər etmək niyyətini qətiyyətlə pisləyəndən və onları bu təhrikçi niyyətdən daşınmağa çağırandan sonra həmin iki nəfər fikrini dəyişib və zavallı Daliya tək-tənha qalıb. Daliya parlamentin spikerinə yalandan deyib ki, o, yalnız Yerevana getməyə hazırlaşır. Beləliklə, o, Seymin və ölkə Xarici İşlər Nazirliyinin mövqeyinə məhəl qoymadan, işğal edilmiş Qarabağa getməyi qərara alıb. Prinsip etibarilə, Daliyanın öz erməni sponsorları qarşısında öhdəliklərinin (aydın məsələdir ki, maliyyə öhdəliklərindən söhbət gedir) ağır yükünü nəzərə alsaq, bunu izah etmək asandır. Aydın məsələdir ki, həmin sponsorlar da hədiyyələri boş-boşuna paylamır və pullarını küləyə vermirlər.

İkincisi, madam Kuoditenin başçılıq etdiyi, erməni KİV-lərinin həddən artıq təriflədiyi, az qala ABŞ Konqresinin erməni kokusu ilə müqayisə etdiyi qondarma “Litva-Dağlıq Qarabağ dostluq qrupu” əslində qeydiyyata alınmamış, qeyri-rəsmi, tamamilə özəl bir dəstədir, o, mövcud olduğu bir il ərzində 10 nəfərdən çox deputatı cəlb edə bilməyib (bizdə olan məlumata görə, həmin deputatlar da separatizmin vəkilləri damğasından yaxın vaxtlarda qurtulmağa və qrupu tərk etməyə hazırlaşırlar) və heç bir tədbir keçirməyib. Bir sözlə, qrup qeyri-formal şəkildə elan edildiyi andan, necə deyərlər, “ölü doğulub”. İngilis dilində bu cür fəaliyyətsizlik “idle” adlanır. Xanım Kuoditenin Ermənistana və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna budəfəki təkbaşına səfəri həmin qrupun ilk “tədbiridir”. Bu səfərin sonuncu olub-olmayacağını yəqin ki, tezliklə - qalan 9 deputat bu biabırçı siyahıda qalıb-qalmamaq barədə qərara gələndən sonra biləcəyik.

Üçüncüsü, Eduard Şarmazanovun belə bir bəyanatı gülünc görünməyə bilməz ki, həmin qrup “Dağlıq Qarabağ Respublikasının faktiki müstəqilliyinə parlaq sübutdur”. Əgər heç kəs tərəfindən tanınmamış “dqr”in müstəqilliyinin sübutu eynilə onun kimi - heç kəs tərəfindən tanınmamış və qeydiyyata alınmamış deputat qrupudursa, burada şərhə ehtiyac yoxdur. Maraqlıdır, görəsən sabah deputatlar bu Litva “sübutu”ndan çıxmağa başlayanda və “parlaq sübut” puç olanda həmin oyuncaq qurumun “müstəqilliyi”ni təsdiqləyən dəlil nə olacaq?

Yuxarıda deyilənlərə əlavə kimi qeyd etmək istərdik ki, Litva Respublikası Seyminin və ölkənin Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqdan ibarətdir, özü də bu ölkədə hakimiyyətin hər iki şaxəsi Litva vətəndaşlarına, o cümlədən Seymin deputatlarına təkidlə tövsiyə edir ki, onlar bu regiona səfərlər etməsinlər. Bu barədə Azərbaycanın Litvadakı səfirliyinə yaxın günlərdə rəsmən bəyan edilib.

Bizdə olan məlumata görə, Seymin sədri xanım Loreta Qraujinene Daliya Kuoditeyə aydınca başa salıb ki, səfər zamanı onun nəinki Litva parlamenti adından hər hansı bəyanatlar vermək, hətta deputat kimi çıxış etmək səlahiyyəti də yoxdur. Bu səfər Azərbaycan dövlətində persona non-qrata elan edilməyin bütün nəticələri barədə xəbərdarlıq edilmiş tamamilə sıravi bir əcnəbi vətəndaşın tamamilə qeyri-rəsmi səfəridir.

Litva Respublikası XİN-də bizə bildiriblər ki, Daliya Kuoditenin guya yalnız Yerevana getməyi planlaşdırması barədə yalan məlumatına baxmayaraq, onun əsl niyyətləri XİN-də məlum idi. Bizə bunu da bildirdilər ki, ölkənin xarici siyasət idarəsi Daliya Kuoditeyə hər şeyi izah edib, o, hər şey barədə xəbərdar edilib. Litva XİN-də bizə bildirildi: “Bütün sonrakı hərəkətlərə görə şəxsən o məsuliyyət daşıyır və səfər müddətində onun yeganə statusu ölkənin qanunvericilik orqanının deputatı statusu deyil, şəxsi fikri olan sıravi Litva vətəndaşı statusudur”.

Yerevanda və işğal edilmiş Qarabağda heç bilmirdilər ki, onlar səfər müddətində özünü hətta deputat kimi təqdim etməsinə də icazə verilməmiş sıravi xarici vətəndaşı qəbul edir, yedizdirir və içirdirlər. Məsələn, yayda Antaliyaya və ya Bodruma istirahətə getmiş hər hansı deputat kimi. Orada su hovuzunda çabalayan və ya təpədən sürüşən turistin sözləri başqa dövlətin qanunvericilik orqanının mövqeyi kimi qəbul ediləcəkmi? Bizim qəhrəmanın statusu da təxminən belə olub.

Daliya Kuodite uzun müddət “Litva sakinlərinin soyqırımı və müqavimət hərəkatını Araşdırma Mərkəzi”nin direktoru olub və ola bilsin ki, potensial pullu lobbiçilərin erməni rekrutyorları bu vasitə ilə onunla əlaqə yaradıblar. Sonradan Seymə yol tapmış Kuodite separatist və tanınmış qurumlara lobbiçilik etmək yoluna qədəm qoyaraq, Tibetə, Tayvana, indi isə, gördüyümüz kimi Arsaxa da dəstək qrupları yaradıb. Təbii ki, bütün bu qurumlar heç yerdə qeydiyyata alınmayıb, Seym tərəfindən tanınmayıb və hətta nəzəri şəkildə də tanına bilməzdi. Deməli, onlar Seymin adından heç bir bəyanat verə bilməzdi.

Ötən şənbə günü litvalı qonaq Yerevanda “soyqırımı” muzeyinə gedib. Orada erməni jurnalistlər onu əhatəyə alıb suallar yağdırıblar. Oxucularımıza təkidlə tövsiyə edirik ki, onun ifrat biabırçı müsahibəsinin videoyazısına baxaraq bir qədər əylənsinlər: https://www.youtube.com/watch?v=z5N8C1Thztk. Bütün bu illər ərzində heç olmasa ingilis dilini orta səviyyədə öyrənmək olardı.

Hər halda Seymin sədri haqlı olaraq öz deputat həmkarına xatırladıb ki, səfər müddətində onun ölkənin qanunverici orqanı adından çıxış etməyə mandatı yoxdur. Qəribədir, görəsən, yumşaq desək, intellekti ilə o qədər də parlamayan bu persona hansı möcüzə sayəsində Seymə gedib çıxıb? Ümid edirik ki, litvalı seçicilər növbəti parlament seçkilərində həqiqətən seçəcəklər. Ölkədə bu xanımın yerini tuta biləcək və öz Vətənini naqolay vəziyyətə salmayacaq savadlı siyasətçilər kifayət qədərdir.

İndi isə madam Kuoditeni müşayiət edən “svita” barədə bir neçə söz. Jurnalistlərin içkiyə qurşanmış həmkarları kimi təqdim etdikləri Rimvidas Valatka 15min.lt portalında tez-tez çıxış edirdi. Bu portalda dərc edilən antiazərbaycan ruhlu materialların demək olar ki, hamısı onun qələmindən çıxıb. Biz öz kanallarımız vasitəsilə aydınlaşdıra bilmişik ki, Litva XİN-də və Seymdə onun haqqında o qədər də yaxşı fikir yaranmayıb. Bunu qeyd etmək kifayətdir ki, Valatka qalmaqallı deputat Renatas Yuşka ilə dostluq edir. Bu həmin Yuşkadır ki, Şərq Qonşuluq Siyasəti Departamentinin direktor müavini Zenonas Kumitaytis ilə telefon söhbəti yayılandan dərhal sonra onu Litvanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırdılar (bax: http://aze.az/news_venqerskaya_intelliqenciya__95260.html). Xatırladırıq, məhz bu diplomat deyirdi ki, Qarabağ münaqişəsində haqlı tərəf, əlbəttə, Azərbaycandır, lakin ermənilər xristian olduğuna görə hökmən onları dəstəkləmək lazımdır.

Görünür, Renatas Yuşka ilə Rimvidas Valatka da “düzgün olmayan” dinin nümayəndələrinə nifrət zəminində səs-səsə veriblər. Antiazərbaycan əhval-ruhiyyəli jurnalisti litvalı deputat Daliya Kuoditeni səfərdə müşayiət etməyə razı salmaq “Litva-Ermənistan” Forumu üçün nədir ki... Xüsusən ona görə ki, Forumun əlaqələndiricisi Armen Ayrapetyan onların hər ikisinə göz qoyacaqdır. Bizim mənbələrdən verilən məlumata görə, Ayrapetyana məhz bu turnenin maliyyə hissəsinə nəzarət etmək, müxtəsəri, hesabları ödəmək barədə tapşırıq verilib.

Məlum olduğu kimi, bu il fevral ayında Xocalı soyqırımının ildönümü ərəfəsində (yeri gəlmişkən, bu soyqırımı aktı “Litva sakinlərinin soyqırımı və müqavimət hərəkatını Araşdırma Mərkəzi”nin sabiq direktoru üçün maraqlı ola bilərdi) Azərbaycan diasporu Vilnüsdə geniş maarifləndirmə işi təşkil edib. Həmin işin elementlərindən biri Litva paytaxtının və ölkənin digər şəhərlərinin müxtəlif hissələrində 1992-ci ildə törədilmiş soyqırımı aktına görə Ermənistanı pisləyən böyük posterlər quraşdırılmışdı. Onda erməni icması, əlbəttə, bu ölkənin səfirliyinin dəstəyi ilə, isteriya qaldırmış, hətta “millətlərarası ayrı-seçkiliyin qızışdırılmasına görə” şikayətlə Litva Baş Prokurorluğuna müraciət etmişdi. Elə-belə, “bəlkə də keçər” deyə. Hərçənd, prokurorluğun bu məsələni öyrənərək dörd aydan sonra çıxardığı qərar erməni şikayətçiləri çox məyus etdi – posterlərin məzmununda etnoslararası düşmənçiliyi qızışdıran heç bir əlamət aşkar edilmədi və bu posterlərin hamısı xalis informativ xarakter daşıyırdı. Məhz bu Valatka öz müsahibəsində bu posterləri guya “təhlükəli presedent yaradan” vasitələr kimi xarakterizə etmişdi. Onun arqumenti o dərəcədə absurd idi ki, müşahidəçilərin çoxu təəccüblənirdi – nəyə görə o, Qarabağı Krımla müqayisə edib, amma təcavüzkar ilə təcavüz qurbanının yerlərini dəyişib, guya Ermənistan Azərbaycanın ərazisini “qopartmayıb”, Azərbaycan özü təcavüz törətməyə və “ona məxsus olmayan” ərazini ilhaq etməyə hazırlaşır. Krım ilə müqayisə məhz bu cür absurd kontekstdə aparılırdı. Beləliklə, Valatkanın pula satıldığı və qeyri-peşəkarlığı növbəti dəfə üzə çıxdı.

“Eurovision-2013” mahnı müsabiqəsi keçirilən ərəfədə İnternet şəbəkəsində saxta bir video yayıldı. Guya bəzi naməlum azərbaycanlılar pul gücünə ələ alınmış litvalılardan ibarət Azərbaycana səs verənlər qrupu yaratmağa çalışır. Müəllifi məhz Rimvidas Valatka olan həmin video, onun saxta olması ifşa edilsə də, düz dörd ay ərzində Valatkanın portalında qaldı. Valatka qeyri-rəsmi söhbətdə razılaşıb ki, əgər tamaşaçıların SMS səslərini pul gücünə almaq Azərbaycana həqiqətən lazım olsaydı, pulları litvalılara ödəməyə heç bir lüzum yox idi, sadəcə olaraq Litvada təhsil alan 200 azərbaycanlı tələbəyə müraciət edib ölkəmizə səs vermələrini xahiş etmək olardı. Rimvidas Valatka həmin videonun həqiqətən səhnələşdirilmiş olduğunu etiraf edib, saxta çarxın dörd ay onun portalında qalması faktını isə reytinqə kəskin ehtiyacı olması ilə izah edib. Biz qısametrajlı triller çəkmək ideyasının ona kim tərəfindən təklif edilməsinə zərrə qədər də şübhə etmirik.

Bəli, sentyabrın 1-də Azərbaycanın işğal edilmiş ərazisinə belə bir kompaniya səfər edib. Təbii ki, qrupun üzvləri dərhal Azərbaycana gəlməsi arzuedilməz olanların siyahısına düşüb. Bir stəkan suda fırtına yaradılmasına oxşayan bu hadisəyə xüsusi reaksiya verməyə dəyərmi? Maraqlı sualdır. Ümumiyyətlə, Litvadan Azərbaycana kimlərin gəlməsinə baxsaq, bizim qonaqların nüfuz və ad-san dərəcəsini Ermənistana gələnlərlə müqayisə etsək, necə deyərlər, şərhə ehtiyac qalmır. Əgər Yerevan üçün və onun işğal edilmiş ərazilərdəki oyuncaqları üçün xanım Kuodite səviyyəli qonaqların bu yarımmüstəmləkə məkana səfərləri sensasiyadırsa, sualın cavabı aydındır.

Daliya Kuodite səfər etməsi tövsiyə olunmayan ərazilərdə yaxşıca kef edəndən sonra vətənə qayıdanda onu Seymin intizam komissiyasına dəvət olunmaq gözləyir, orada o, öz həmkarlarının və diplomatların məsləhətlərinə etinasız yanaşdığına görə cavab verməli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər