REGİONLAR
Dövlət Avtomobil Nəqliyyatı Xidməti Qax rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirib
Bakı, 18 yanvar, Elvin Camalov, AZƏRTAC
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) əməkdaşları Qax rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
O bildirib ki, Qaxda şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti, qeyri-qanuni Bakı istiqamətində sərnişin daşınması ilə məşğul olan və vergidən yayınan sürücülər müəyyənləşdirilib.
Reyd zamanı 30-dan çox taksi, 20-yə yaxın marşrut avtobusu və 5 qanunsuz olaraq Bakı istiqamətində sərnişin daşıyan sürücü saxlanılıb. Qayda pozan sürücülər barəsində müvafiq tədbirlər görülüb.
Reyd sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır.