REGİONLAR


Dövlət Bayrağı Günü Qarabağ bölgəsində təntənə ilə qeyd edilib VİDEO

A+ A

Ağcabədi, 9 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsində də təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə rayon ictimaiyyətinin, gənclərin, məktəblilərin, hərbçilərin iştirakı ilə Ağcabədi şəhərinin mərkəzindən Bayraq meydanınadək yürüş təşkil olunub.

Dövlət bayrağı meydanında rayon məktəbliləri arasında rəsm müsabiqəsi və şahmat yarışı keçirilib. Dövlət himninin ifası ilə başlayan tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə ağcabədililəri təbrik edib, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi şəhərində də Bayraq muzeyi və bayraq meydanı inşa edilib. Azərbaycanın dövlət bayrağı burada hündürlüyü 65 metr olan bayraq dirəyi üzərində dalğalanır.

Tədbirdə məktəblilər Azərbaycan bayrağına həsr olunan şeirlər söyləyib, rəqs ediblər. Bayram tədbiri mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.

X X X

Dövlət Bayrağı Günü münasibətilə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində məktəblilərin yürüşü keçirilib. Rayon icra hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış dövlət bayrağının ətrafında keçirilən tədbirdə çıxış edənlər iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, üç rəngli, ay-ulduzlu bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda da dalğalanmasını arzulayıblar.

Tədbirdə məktəblilər bayrağa, dövlət müstəqilliyinə həsr olunmuş şeirlər səsləndiriblər.

X X X

Bərdə Dövlət Rəsm Qalereyasının və uşaq incəsənət məktəblərinin birgə təşkilatcılığı ilə acıq havada rəsm sərgisi təşkil edilib. Sərgidə rayon məktəblilərinin dövlət bayrağımıza həsr etdikləri rəsmlər maraqla qarşılanıb. Tədbirdə dövlət bayrağına həsr olunan slayd nümayiş olunub, məktəblilər bayrağımızı, müstəqil Azərbaycanı tərənnüm edən musiqilər ifa ediblər.

Bərdə rayonunun Hacallı kənd folklor klubunda “Bayrağımız - qürur mənbəyimizdir” adlı tədbirin iştirakçıları əvvəlcə Dövlət Bayrağı Günü münasibətilə açılan sərgi ilə tanış olublar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər üçrəngli bayrağımızın yaranma tarixindən danışıblar. Hacallı kənd folklor evinin hazırladığı ədəbi-bədii kompozisiya, təqdim olunan rəngarəng musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.