REGİONLAR
Dövlət Bayrağı Günü münasibətilə Qaxda veloyürüş keçirilib VİDEO
Qax, 9 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da Qax şəhərində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra bayram münasibətilə şəhərdə veloyürüş keçirilib.
Mərkəzi meydandan start götürən veloyürüşün üzərlərində Azərbaycan bayrağı olan iştirakçıları şəhərin prospekt və küçələrindən, “Bayraq dairəsi” adlanan meydandan keçərək sakinlərə xoş anlar bəxş ediblər.
Bayram tədbiri Nizamı adına parkda davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev 2009-cu ilin noyabrında Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsinin, 2010-cu ilin sentyabrında Bakıda Dövlət Bayrağı Meydanının açılmasının üçrəngli, ay-ulduzlu bayrağımıza sevgimizin bariz nümunəsi olduğunu bildirib.
Bayram tədbiri musiqi və rəqs kollektivlərinin konsert proqramı ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]