REGİONLAR


Dövlət Bayrağı Günü münasibətilə Qaxda veloyürüş təşkil olunub VİDEO

A+ A

Qax, 9 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da yüksək əhval-ruhiyyə ilə qeyd edilir.

AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə noyabrın 9-da Qax şəhərində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Sonra yeniyetmə və gənclərin iştirakı ilə veloyürüşə start verilib. Əllərində Azərbaycan bayrağı tutan yüzdən artıq velosipedçi şəhərin küçələrindən keçərək sakinlərə xoş anlar bəxş ediblər. Veloyürüş Ulu Öndər Heydər Əliyevin abidəsinin ucaldığı mərkəzi meydanda başa çatıb.

Əlamətdar gün münasibətilə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə bir qrup gənc Böyük Qafqaz sıra dağlarının rayon ərazisindəki “Ulubaş” yüksəkliyinə yürüş edib. Gənclərimiz Azərbaycanın dövlət bayrağını dağın zirvəsində dalğalandırıblar.

Dövlət Bayrağı Günü münasibətilə rayonun təhsil və mədəniyyət müəssilərində şeir və rəsm müsabiqələri keçirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.