İDMAN


Dövlət Bayrağı Günü münasibətilə keçirilən veloyürüş sakinlər tərəfindən coşğu ilə qarşılanıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə veloyürüş təşkil edib.

AZƏRTAC xəbər verir ki, yürüşdən əvvəl iştirakçılar Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yarışın açılışında çıxış edərək bildirib ki, üçrəngli bayrağımız xalqımızın qürur mənbəyidir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilib. Üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış Konstitusiyada üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib.

Tədbirdə AVİF-in baş katibi Fərhad Əliyev, Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışıb, belə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Sonra yürüşə start verilib. Yürüşə Suraxanı rayonundakı Bayraq Meydanından başlayan yüzdən çox velosipedçi “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna gəlib. Veloyürüş boyunca və finiş xəttində iştirakçıları rayon sakinləri böyük coşqu ilə alqışlayıblar.

Yürüşün təşkilində fəal iştirakına görə AVİF-in baş katibi Fərhad Əliyev rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.