REGİONLAR


Dövlət Bayrağı Günü qərb bölgəsində təntənəli şəkildə qeyd olunub

A+ A

Naftalan, 9 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi, qərb bölgəsində də təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Naftalanda keçirilən tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov tədbirdə çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik edib və bu əlamətdar günün əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Digər çıxış edənlər 9 noyabr tarixinin xalqımız üçün əlamətdar gün olduğunu vurğulayıb, müstəqilliyimizin rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıblar.

X X X

Xocalı Rayon İcra Hakimiyyətində Bayraq Günü münasibətilə ümumrayon tədbiri keçirilib. 

Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva Bayraq Gününün tarixinə nəzər salıb.

O qeyd edib ki, bu gün gənclərimiz qürur mənbəyimiz olan dövlət bayrağını ən mötəbər tədbirlərdə yüksəklərə qaldıraraq Azərbaycan xalqının milli mənəviyyatını, sarsılmaz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirirlər.

Daha sonra məruzə və çıxışlar dinlənilib.

Sonda çıxış edən Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov bildirib ki, hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının və onların vəhdətindən yaranan milli ideologiyasının ifadəsidir. Bayraq elə rəmzlərdəndir ki, hər bir millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacağı addımları müəyyənləşdirir.

Vurğulanıb ki, bu gün Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır. Əminik ki, dövlət bayrağımızın işğal altında olan doğma torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.