CƏMİYYƏT


Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətləri bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəklər

Bakı, 18 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətləri, onların yerli qurumları və laboratoriyaları bayram günlərində gücləndirilmiş rejimdə çalışacaqlar.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olmasına baxmayaraq, bayram günlərində kənd təsərrüfatı məhsullarının (bitki və heyvan mənşəli) idxal və ixrac əməliyyatlarının, həmçinin sənədləşmələrin, keyfiyyətin yoxlanmasının vaxtında həyata keçirilməsi məqsədilə Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətləri, onların yerli qurumları və laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.