SİYASƏT


Dövlət Departamenti: ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil.

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) ölkə üzrə qeydiyyata alınmış 5 milyon 276 min 111 seçicinin 69,7 faizi səs verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.