MƏDƏNİYYƏT


Dövlət Filarmoniyasında “Muğam gecəsi” keçiriləcək

A+ A

Bakı, 3 yanvar, AZƏRTAC

Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tamaşaçılara “Muğam gecəsi” adlı konsert proqramı təqdim olunacaq.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, musiqili gecə Azərbaycan televiziyasının “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Gecədə istedadlı gənc ifaçılar AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnılarını da səsləndirəcəklər.

Ansamblın bədii rəhbəri tanınmış dirijor Adil Bağırovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.