REGİONLAR
Dövlət Fitosanitar Nəzarəti Xidməti Qubada regional elmi-praktik seminar keçirəcək
Bakı, 23 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən dekabrın 24-25-də Qubada “Ekoloji təhlükəsiz pestisidlərin və bioloji preparatların tətbiqinin genişləndirilməsi, elmi əsaslandırılmış antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması yolu ilə kimyəvi preparatların səmərəliliyinin yüksəldilməsi” mövzusunda regional elmi-praktik seminar keçiriləcək.
Seminarda Xidmətin əməkdaşları, müvafiq elmi-tədqiqat institutlarının mütəxəssisləri, fermerlər, torpaq mülkiyyətçiləri, pestisidlərin satışı və tətbiqi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edəcəklər.
Tədbirin əsas məqsədi istehsal edilmiş bitkiçilik məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ətraf mühitin və insan sağlamlığının qorunması, respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və fitosanitar sabitliyin qorunub saxlanılmasıdır.