CƏMİYYƏT


Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları Latviyada təlimlərdə iştirak edirlər

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin rəhbərliyi ilə xidmətin bir qrup əməkdaşı FAO-nun dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsi çərçivəsində oktyabrın 10-dan 14-dək Latviyanın Riqa şəhərinə səfər edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının da iştirak etdiyi səfərin məqsədi Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın tələblərinin həyata keçirilməsi sahəsində Latviyanın Əkinçilik Nazirliyinin Dövlət Bitki Mühafizəsi Xidmətinin iş təcrübəsi ilə tanış olmaq idi.

Səfər zamanı Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bir sıra təlimlər keçirilib.

Nümayəndə heyəti, eyni zamanda, Riqa limanına, “Liepas” pitomnikinə, Dobele şəhərində Bağçılıq İnstitutuna səfər edib, Latviya Dövlət Bitki Mühafizəsi Xidmətinin tabeliyində olan Mərkəzi Karantin laboratoriyası, toxumçuluq və aqrokimya laboratoriyaları ilə tanış olublar.

Təlim sessiyasının ikinci mərhələsi oktyabrın 16-dan 21-dək olan dövrü əhatə edir. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzinin entomologiya, fitohelmintologiya və virusologiya ixtisası üzrə olmaqla, üç əməkdaşı Latviya Bitki Mühafizəsi Dövlət Xidmətinin Mərkəzi laboratoriyasında müvafiq sahələr üzrə elmi və texniki iş təlimlərinə qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.