MƏDƏNİYYƏT
Dövlət Fortepiano Triosu konsert proqramı ilə çıxış edəcək
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində kamera və orqan musiqi zalında klassik musiqi axşamı təşkil olunacaq.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək musiqili gecədə Azərbaycan Dövlət Fortepiano Triosu çıxış edəcək.
Konsert çərçivəsində Azərbaycan və Avropa bəstəkarlarının fortepiano üçün yazdığı musiqi əsərləri və bir sıra klassik kompozisiyalar səslənəcək.
Konsertdə, həmçinin ali və orta ixtisas musiqi məktəblərinin tələbə və şagirdləri də iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]