CƏMİYYƏT


Dövlət Gömrük Komitəsi: “Sınıq körpü” gömrük postunda yaranan sıxlıq aradan qaldırılıb

A+ A

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-də bəzi kütləvi informasiya vasitələrində Gürcüstan ilə sərhəddə yerləşən “Sınıq körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranması ilə bağlı məlumat yayılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayındakı kəskin artım martın 20-də səhər saatlarında Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda qısamüddətli nisbi sıxlığın yaranmasına səbəb olub. Gömrük orqanlarının dərhal həyata keçirdiyi tədbirlər nəticəsində cüzi sıxlıq aradan qaldırılıb.

Hazırda gömrük keçid məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin rahat, maneəsiz keçidi tam təmin olunub və hər hansı sıxlıq müşahidə olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.