İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsi yeddi ayda büdcəyə 1,4 milyard manat köçürüb
Bakı, 7 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 427 milyon 836,91 min manat daxil olub.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 245 milyon 666,99 min manat və ya 21 faiz artıb.
Cari ilin yanvar-iyul ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 382 milyon 731,24 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 981 milyon 134,04 min manat, aksizlər üzrə 45 milyon 426,6 min manat, yol vergisi üzrə isə 18 milyon 545,03 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]